“Nikol Paşinyan hansısa yaşayış məntəqəsinə gedən kimi orada həyat sadəcə iflic olur. Çünki təhlükəsizlik görünməmiş şəkildə gücləndirilir”.
Hafta.az xəbər verir ki, bunu Ermənistanın “Fakt” qəzeti yazır.
“Bir neçə gün əvvəl Gümrüdə belə bir vəziyyət hökm sürürdü və dünəndən Dilicanda, o cümlədən qismən İcevanda da eybəcər vəziyyətin yarandığı barədə məlumat daxil olur.
Fakt budur ki, “Vətəndaş sazişi” partiyası Dilicanda Nikol Paşinyanın da iştirakını nəzərdə tutan iki günlük siyasi toplantı keçirmək qərarına gəlib. Əldə etdiyimiz məlumata görə, dünən – iyunun 16-ı səhər saatlarından Paşinyanın hökumət iclası keçirməsinə baxmayaraq, regionda artıq onun səfərinə hazırlıq gedib.
Özəl mənbələrimizə görə, Dilican və Haqartsidə sadəcə olaraq “fövqəladə vəziyyət” hökm sürüb: yalnız Tavuş vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları deyil, həm də İrəvandan gələn çoxsaylı “əlavə qüvvələr” hazırlıq vəziyyətinə gətirilib”,- erməni qəzeti belə yazır.